Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam rayonu üzrə 2017-2018-ci tədris ilinin yekununa dair hesabat konserti

08.06.2018

Ağcabədi Regional Mədəniyyət  İdarəsinin müvafiq  sərəncamına  əsasən 2017/2018 ci  tədris ilinin başa çatması ilə əlaqədar musiqi məktəblərinin  hesabat konsertləri keçrilmişdir. 08.iyun 2018-ci il tarixdə  Xındırıstan uşaq  musiqi məktəbinin konsert  zalında  İdarənin tabeliyində olan  Ağdam rayonunun Seyidli  UMM,  Güllücə UMM və Xındırıstan uşaq  musiqi məktəbləri yekun konsert proqramı ilə çıxış etmişlər .Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri ilə  yanaşı  avropa  bəstəkarlarının əsərləri  yüksək  səviyyədə  təqdim olunmuş və  komissiya  üzvləri  tərəfindən çıxışlar yüksək  qiymətləndirilmişdir. 9 iyun 2018-ci il tarixdə Qiyaslı UMM  və Qiyaslı Mingəçevir  filialı , Qaradağlı UMM, Əfətli UMM  və Əhmədağalı  kənd  uşaq musiqi  məktəbləri konsert proqramları  ilə Qiyaslı kənd  uşaq  musiqi məktəbinin konsert  zalında  çıxış   etmişlər.Konsertdə Ağcabədi Regional  Mədəniyyət  İdarəsnin rəisi Rza Quluyev iştirak etmiş adı çəkilən məktəblərin konsert proqramını dinləyərək çıxışlara münasibət  bildirmiş və  dəyərli  tövsiyələrini vermişdir.Musiqi  məktəblərinin kollektivləri İdarənin təşkilatçılığı ilə  keçrilən bu və ya  digər tədbirlərin məktəbin fəaliyyətində, şagirdlərin və müəllimlərin  hazırlıq,  ifaçılıq  səviyyəsinin yüksəldilməsində müstəsna rolu olduğunu vurğulayaraq  bu səpkidə tədbirlərin keçrilməsinə görə Hörmətli Rza müəllimə minnətdarlıqlarını  bildirmişlər.