Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan məktəbləri musiqili hesabat konserti ilə çıxışlar etdilər

05.06.2018

Ağcabədi Regional Mədəniyyət İdarəsinin 17 may, 2018-ci il tarixli, 133 saylı əmrinə əsasən Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan, adları göstərilən Uşaq Musiqi, İncəsənət məktəbləri və Muğam Mərkəzlərində 2017-2018-ci tədris ilinin başa çatması ilə əlaqədar komissiya yaradılaraq 05 - 06 İyun 2018-ci tarixdə hesabat konsertləri təşkil edilmişdir. Bütün hesabat tədbirləri səhər saat 10-00 – da başlamışdır. Belə ki, Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Üzeyir Hacıbəyli adına Şəhər Uşaq İncəsənət məktəbi, Ağcabədi Şəhər Uşaq Musiqi məktəbi, Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi, Hacıbədəlli kənd Uşaq Musiqi məktəbi, Xocavənd kənd Uşaq Musiqi məktəbi, Hindarx qəsəbə Uşaq Musiqi məktəbi, Hüsülü kənd Uşaq Musiqi məktəbi, Sarıcalı kənd Uşaq Musiqi məktəbi, Kəhrizli kənd Uşaq Musiqi məktəbi, Boyat kənd Uşaq Musiqi məktəbi,  habelə Laçın rayon Şamkənd kənd Uşaq Musiqi məktəbinin kollektivləri musiqili hesabat konserti ilə çıxışlar etmişlər. Çıxışları dinləyən komissiya üzvləri hesabatlarla bağlı öz təklif və iradlarını bildirmişlər. Hesab konsertlərində iştirak edən Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyev çxış edərək musiqi kollektivlərinə müəyyən tövsiyyələr vermiş, musiqi məktəbləri kollektivlərinə bundan sonrakı tədris ilində uğurlar arzulamışdır. Musiqi məktəblərinin hesabat konsertlərinin təqdimatı bundan sonra da nəzərdə tutulur. Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan, Bakı şəhərində fəaliyyət göstərən Ağdam və Laçın Musiqi məktəblərinin də 11-12 İyun, 2018-ci il tarixdə hesabat konsertlərinin keçirilməsi nəzərdə tutulmuşdur.