Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2018-ci il 24 may tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə bağlı Laçın rayon ictimaiyyəti tədbir keçirdi

24.05.2018

2018-ci il 24 may tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə bağlı Laçın rayon ictimaiyyəti nümayəndələrinin geniş tərkibdə toplantısı keçirilmişdir. Tədbirdən əvvəl rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Ulu öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı büstü önünə gül dəstələri qoyaraq Ümummilli liderin əziz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.Bu gün də özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən müasir Azərbaycan dövlətinin, xalqımızın Ulu öndəri Heydər Əliyevin əvəzolunmaz dövlətçilik strategiyası əsasında inkişaf edərək müstəqilliyinin əbədiliyinin və dönməzliyinin təmin edilməsi, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət sayəsində bütün sahələrdə dünyanın ən inkişaf edən dövlətlərindən birinə çevrilməsi barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.Tədbirdə Laçın rayon Şamkənd kənd uşaq musiqi məktəbinin saz müəllimi, aşıq Nizami Əmiraslan oğlu Şirinova təltif edildiyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” döş nişanı təqdim edilmiş, Laçın Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Ofeliya Mürsəl qızı Şükürovaya kitabxana-informasiya sahəsində səmərəli fəaliyyətinə görə təltif olunduğu təşəkkürnamə təqdim edilmişdir.Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Laçın rayonunun ictimai-siyasi və sosial həyatındakı fəal iştiraklarına görə Laçın Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edilmiş bir qrup şəxsə fəxri fərmanlar təqdim olunmuşdur. Bir neçə mədəniyyət işkisi də Fəxri Fərmanlarla təltif olunmuşlar.