Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Hacıbədəlli kənd uşaq musiqi məktəbi N saylı hərbi hissədə konsert proqramı təşkil etdi.

27.05.2018

27 may 2018 ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon Hacıbədəlli kənd uşaq musiqi məktəbinin müəllim  kollektivindən ibarət  heyəti  Ağcabədi ərazisində yerləşən N saylı hərbi hissədə  konsert proqramı təşkil etdi.  Hərbi hissənin yaranmasınınn 25 illik yubileyinə və  Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli  bayram  konserti  əsgər və zabitlər tərəfindən alqışla qarşlandı.Tədbirdə Cümhuriyyətinin 100 illiyi ilə bağlı fikirlər,nitqlər söylənildi. Hacıbədəlli kənd uşaq musiqi məktəbinin müəlimlərinin hazırladıqları  vətənpərvərliyi tərənnüm edən musiqilər oxundu.Əsgərlər , zabitlər eləcə də tədbiri izləyən qonaqlar bu gözəl və maraqlı konsert proramını rəğbətlə qarşladı və bir çox məqamlarda əsgərlərlə qonaqlar hətta  gözəl rəqslər də nümayış etdirdi.Tədbir hərbi hissə və məktəb tərəfindən hərbi hissənin məxfiliyi nəzərə alınmaqla foto çəkilişlərlə yaddaşa alındı