Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Hacıbədəlli kənd uşaq musiqi məktəbi 28 may Cümhuriyyətin 100 illiyinə həsr olunmuş təntənəli bayram tədbiri keçirdi.

25.05.2018

25 may 2018 ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon Hacıbədəlli kənd uşaq musiqi məktəbi və Hacıbədəlli kənd tam orta məktəbinin təşkilatçılığı ilə 28 may Cümhuriyyətin  100 illiyinə həsr olunmuş  təntənəli bayram tədbiri keçirildi. Tədbirdə musiqi məktəbinin müəllim və şagird kollektivi və kənd orta məktəbin müəllim və şagird heyəti i iştirak etdi.Tədbir orta məktəbin binasında keçirildi.Tədbiri  izləyənlər arasında  kənd əhalisi ,ziyalıları, kənd icra və bələdiyyə nümayəndələri də var idi. Tədbir iki saat çəkdi.Musiqi məktəbinin şagirdlərinin və müəllimlərinin  hazırladığı  maraqlı konsert proqramı  dinləyicilərə təqdim edildi.Tədbir video və foto çəkilişlər ilə qeydə alındı