Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

24 may tarixində Laçın Rayon MKS-də Ümumilli lider Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr edilmiş Kitab Bayramı keçirilmişdir.

24.05.2018

24 may 2018-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət  İdarəsi Laçın rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Ümummilli liderimiz Heydər Əliyevin 95-ci ildönümünə həsr edilmiş X Kitab Bayramı keçirilmişdir.Tədbir MKS-nin təşkil etdiyi kitab sərgilərinə baxış keçirildikdən sonra Azərbaycan Dövlət Himni səsləndirilməsi ilə başladı.MKS-nin direktoru Ofelya Şükürova  tədbir iştirakçılarını salamladıqdan sonra sərgi zamanı nümayiş etdirilən kitablar haqqında tədbir iştirakçılarına məlumat vermiş, artıq neçə ildi  keçirilən Kitab bayramının  əhəmiyyətindən söz açmışdır. Daha Sonra  Əməkdar Mədəniyyət işçisi Aşıq Umbay çıxış edərək bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi.Tədbirdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Azər Əliyev, Ağcabədi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məhəbbət Əliyeva, direktor müavini Təranə Məmmədova, Laçın rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, Əməkdar  Mədəniyyət işçisi Aşıq Umbay, Taxtakörpü tam orta məktəbinin direktoru Abuzər Abuzəriv və məktəbinin kollektivi,Laçın rayon 23 saylı məktəbin direktoru Sədaqət Məhərrəmova və məktəbin şagirdləri və s. iştirak etmişdirlər.Sonda isə MKS-in tədbirlərində fəal iştiraklarına görə bir sıra şəxslərə Fəxri fərmanlar təqdim olunduqdan sonra tədbir ədəbi-bədii kompazisiya ilə davam etdirildi.23 saylı orta məktəbinin şagirdləri tərəfindən şer parçaları səsləndirildi, nağıllardan hazırlanmış səhnəciklər nümayiş olundu.