Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzinin qarşısında Azərbaycan Cümhuriyyətinin yaranmasının 100-illiyi münasibəti ilə tədbir keçirildi

29.05.2018

24.05.2018-ci il tarixdə Ağdam rayon Mədəniyyət Evində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-illiyi münasibəti ilə Rayon tədbiri keçirildi.Tədbirdə Ağdam rayon İcra Hakimiyyəti işçiləri,İdarə müəssisə rəhbərləri,və rayon ziyalıları iştirak etmişlər. Tədbir iştirakçıları ilk öncə Ümum Milli Lider Heydar Əliyevin abidəsini ziyarət edərək Ümummilli Liderin ruhuna öz ehtiramlarını bildirmişlər.Tədbirdə çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədov Azərbaycan  xalq Cümhuriyyətinin yaranması haqqında məlumat verdikdən sonra bu gözəl bayram münasibəti ilə hər kəsi təbrik edərək işlərində uğurlar arzuladı. Tədbirin gedişində  Azərbaycan  xalq Cümhuriyyətinə aid sənədli filim nümaiş etdirildi.Tədbir Ağdam rayon Şur ansamblının rəngarəng nömrələri ilə davam etdirildi.Tədbirin sonunda Ağdam rayonunun İctimai Siyasi Həyatında fəal iştirak edən şəxslərə rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən fəxri fərmanlar verildi.  Azərbaycan  xalq Cümhuriyyətinin yaranmasının 100-illiyi münasibəti ilə keçrilən tədbirlər siyahısına 28.05.2018-ci il tarixdə də Ağdam rayon Heydər Əliyev Mərkəzinin qarşısında açıq havada Ağcabədi Regional Mədəniyyət idarəsinin Ağdam rayon Nümayəndəliyinin və Mədəniyyət  mərkəzinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən Uşaq Musiqi Məktəbləri musiqi kollektivlərinin iştirakı ilə  möhtəşəm konsert proqramı təşkil olunmuşdur.