Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Regional Mədəniyyət İdarəsində İnsan Hüquqları Aylığı çərçivəsində tədbirlərin keçirilməsinə start verilmişdir

23.05.2018

Ağcabədi Regional Mədəniyyət İdarəsində mayın 18-dən iyunun 18-dək elan olunmuş İnsan Hüquqları Aylığı çərçivəsində tədbirlərin keçirilməsinə start verilmişdir. Bu məqsədlə Ağcabədi rayon MKS-də xüsusi Tədbirlər Planı işlənib hazırlanmışdır. Mərkəzi kitabxanada və filiallarda sərgilər təşkil edilib. Həmçinin kitabxananın vebsaytına materilllar yerləşdirilib.23 may 2018-ci il tarixdə Ağcabədi rayon Mərkəzi kitabxanası rayon Tarix Diyarşünaslıq muzeyi ilə birlikdə " Hüquqlarımızı qorumaq Dövlətimizin ali məqsədidir" başlığı altında tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan MKS-in direktor müavini Təranə Məmmədova bildirmişdir ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, həmçinin insan hüquq və azadlıqlarının təmini sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, qanunvericiliyin formalaşdırılması prosesinə başlanılmış, 1998-ci il iyun ayının 18-də Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında ilk dövlət proqramı qəbul edilmişdir. 
Muzeyin direktoru Sadiq Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyun ayının 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunduğunu bildirib. O, bu cür maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq, dövlətimizin insan hüquq və azadlıqları istiqamətində gördüyü tədbirlərin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsindən bəhs edib.Tədbirdə Azərbaycanda insan hüquqları və azadlıqlarının bərpa olunması, inkişaf etdirilməsi siyasətinin özülünün ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu diqqətə çatdırılıb.Sonda videoçarx nümayiş olunub.