Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirildi

25.04.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında 10 Yanvar 2018-ci il tarixli sərəncamının icrası ilə əlaqədar Ağcabədi rayon MKS-nın Boyatkənd kitabxana filialında Boyat kənd kitabxanası,Boyat Xalq Yaradıcılıq evi,Boyat kənd musiqi məktəbi və Boyat kənd orta məktəbinin iştirakı ilə tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan Boyat kənd kitabxanasının müdiri Təhminə Quliiyeva Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il may ayının 28-də Tiflis şəhərində yaradılmasından,cəmi 23 ay mövcud olmasına baxmayaraq qısa müddətdə çox işlər həyata keçirildiyi haqqında ətraflı danışdı. Tədbirdə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Azər Əliyev,Ağcabədi MKS-nın direktor müavini Təranə Məmmədova,Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Ədil Həsənov və başaları qonaq qismində iştirak edirdilər.Onlar da öz çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının milli dövlətçiliyimizin əsaslarını möhkəmləndirərək qısa bir zamanda bir çox ilklərə imza atmasından, ik opera və ilk teatrın yaranmasından ,Şərqdə ilk dəfə qadınların səsvermə hüquqlarının təmin edilməsi haqqında geniş məlumat verdilər. Tədbirdə Boyat kənd orta məktəbinin şagirdləri tərəfindən şeirlər səsləndirildi. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərgi nümayiş etdirildi.