Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

23.04.2018-ci il tarixində İmadəddin Nəsimin 600 illiyinə həsr edilmiş “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin ikinci mərhələsi keçirilmişdir.

23.04.2018

23.04.2018-ci il tarixində Ağcabədi rayon Tarix-Diyarşünaslıq muzeyində, İmadəddin Nəsimin 600 illiyinə həsr edilmiş “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin aprel ayında nəzərdə tutulan ikinci mərhələsi keçirilmişdir.Belə ki, Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi (Ağcabədi, Ağdam, Laçın) rayonları üzrə fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemləri tərəfindən birinci mərhələdə seçilmiş namizədlərin iştirakıyla, ikinci seçim mərhələsi keçirilmiş və iki nəfər Ağcabədi rayonu Salambəyli kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Hümbətova Aytac Natiq qızı və Ağdam rayonu 135 saylı tam orta məktəbin 3-cü sinif şagirdi Qurbanova Nurşən Səbuhi qızı qalib olaraq müsabiqənin may ayında Bakı şəhərində keçiriləcək 2-ci turuna seçilmişlər.