11.04.2018
11 Aprel, 2018-ci ildə Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərinin uğurlu nəticəsi olaraq YAP Ağcabədi rayon təşəkilatı və Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə YAP Ağcabədi rayon təşəkilatının inzibati binasının qarşısında konsert proqramı təşkil olunmuşdur. Tədbir axşam saat 21-00 – da başlamışdır. Ağcabədi rayon ictimaiyyəti, gənclər, tələbələr YAP Ağcabədi rayon təşəkilatı kollektivi iştirak etmişdir. Tədbirdə çıxış edənlər – YAP Ağcabədi rayon təşəkilatının sərdi Rövşən Əhmədov və Millət vəkili Tahir Rzayev çıxış edərək rayon ictimaiyyətini Azərbaycan Respublikasının Prezidenti zati-aliləri, cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik etmişlər. Natiqlər qeyd etmişlər ki, bu gün hər kəs, hər bir vətəndaş - ölkəsinin, dövlətinin gələcək rifahını düşünən hər bir insan böyük həvəslə seçki məntəqələrinə üz tutaraq öz imzaları, öz səsləri, öz sevgiləri ilə ölkə başçısına səs vermişlər. Daha sonra Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Ağcabədi Şəhər Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət musiqili kollektivinin dövlətimizi, dövlətçiliyimizi tərənnüm edən konsert proqramı təqdim olunmuşdur. Səslənən şeirlər, oxunan şən, oynaq, rəngarəng mahnılar və rəqs nümunələri tədbirə xüsusi gözəllik qatmışdır. Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq olmuşdur. Tədbirdə 2.000 nəfər iştirak etmişdir.