30.03.2018
Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin Ağcabədi rayonunu əhatə edən Hindarx qəsəbə klubları ve kitabxanasının birlikdə keçirtdiyi 31 Mart soyqırımının 100 illiyi ilə əlaqədar "Unutmayaq Qan Yaddaşımızı” adlı tədbir keçirdi.Tədbir Hindarx qəsəbə 2 saylı əsas məktəbin müəllim və şagird kollektivi ilə birlikdə keçirildi.Tədbirdə 1918-ci ildə erməni vəhşilərinin törətdiyi faciələrə aid sərgilərə baxıldı. Kulub işçiləri dərslərdə olub soyqrım haqqında uşaqlarla sorğular apardılar. Hindarx qəsəbə 2 saylı kulubun müdiri Süleymanova Gülsarə 2007-ci ildə gəzinti zamanı Quba məzarlığında üzə cixarılan 400-dən çox insanın cəsədinin qalığından və eyni zamanda Sovet rejiminin bizə öz keçmişimizi unutduraraq 1918-ci ilde Bakıda minlərlə insanın cəsədinin üstünü betonlaşdıraraq Kirovun heykəlini qoyub gəzinti parkı etməyi bardə söhbət açdı.Tədbir şagirdlərin söylədiyi C.Cabbarlının Mart Soyqırım qurbanlarının xatirəsinə yazdığı "Dur Ey Xar olan Millət" mərsiyəsi ilə yekunlaşdı.