18.04.2025
18 aprel 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Füzuli rayon mədəniyyət müəsissələrinin əməkdaşları Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Füzuli rayon Babı kəndində yerləşən Babı türbəsinə ekskursiya ediblər.
Ekskursiya zamanı Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı tərəfindən Babı türbəsi, rayon ərazisində və işğaldan azad olunmuş bölgələrimizdə yerləşən digər tarixi-mədəni abidələrimiz haqqında geniş məlumat verilib.