Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Bərdə Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi şəhidi Bağırov Mirsədi Mircəfər oğluna həsr edilmiş açıq dərs keçirilib

22.12.2025

22 dekabr 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi şəhidi Bağırov Mirsədi Mircəfər oğluna həsr edilmiş açıq dərs keçirilib.

 Əvvəlcə Azərbaycan Respublikasının Dövlət

Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü

uğrunda canlarından keçən şəhidlərimizin əziz

xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxışlar edilərək şəhid Bağırov Mirsədi Mircəfər oğlunun həyatı, keçdiyi döyüş, göstərdiyi qəhrəmanlıqlar və 44 günlük Vətən müharibəsində

qazandığımız qələbə haqqında danışılıb.

Daha sonra şagirdlər vətənpərvərlik ruhunda şeirlər

səsləndirib, mahnılar ifa ediblər.