Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ağdam rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

03.05.2024

03 may 2024-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi  Ağdam Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir təşkil edilib. Əvvəlcə qonaqlar Ulu Öndərin həyatının müxtəlif dövrlərində çəkilmiş fotoşəkillərlə tanış ediliblər. Sonra tədbir dəyirmi masa ətrafında davam etdirilib.Tədbir zamanı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Mərkəzin əməkdaşı tərəfindən çıxış edilərək qonaqlara Ulu Öndərin həyatı və siyasi fəaliyyəti  haqqında məlumat verilib. Bildirilib ki, müstəqilliyimizi yeni qazandığımız illərdə Azərbaycan dövləti parçalanmaq təhlükəsi ilə baş-başa qalmışdı. Məhz Ulu Öndərin həmin dövrdə hakimiyyətə gəlməsi  nəticəsində  Azərbaycanda sabitlik yarandı və ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən qurtuldu.

 Tədbirin sonunda Ümummilli Liderə həsr olunmuş film nümayiş etdirilib.