Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ağdam rayon Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq musiqi məktəbi “Qalib ölkənin qalib ordusu” adlı tədbir keçirilib

24.06.2025

24 iyun 2025-ci il tarixində  Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq musiqi məktəbi və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi Zəngilan rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “26 İyun — Silahlı Qüvvələr Günü” münasibətilə “Qalib ölkənin qalib ordusu”  adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan aparıcı ordumuzun inkişaf yolundan və dünya ölkələri arasında əhəmiyyətli mövqeyindən danışıb. Sonra

Ordumuzun şücaəti və qorxmazlığı haqqında Ali Baş Komandan cənab İlham Əliyevin və ulu öndər Heydər Əliyevin çıxışları nümayiş etdirilib. Daha sonra  müğənnilər —  Elgiz Əliyev, Könül Xəlilzadə, Anar Məmmədov, Günay Mehdiyeva, Tural Salmanov, Əlisafa Qasımov, Mirzə Bağıyev, İlqar Zəngilanlı həmçinin “Cəngi” sazçı folklor qrupu və məktəbimizin şagirdlərinin ifasında milli şüuru əks etdirən mahnılar səsləndirilib.