
16.01.2026
16 yanvar 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Hacıbədəlli kənd Uşaq musiqi məktəbi tərəfindən Hacıbədəlli kənd Folklor evində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, 20 Yanvar facəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxışlar edilərək, 20 Yanvar faciəsinin baş vermə səbəbləri və onun tarixi əhəmiyyəti barəsində danışılıb, bu faciənin həm də Azərbaycanın qanla yazılmış qəhrəmanlıq tarixi olduğu bildirilib. Sonra məktəbin şagirdləri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya təqdim edilib.