Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Füzuli Tarix-diyarşünaslıq muzeyində gənclər günü ilə bağlı tədbir

28.01.2026

28 yanvar 2026-cı il tarixdə Qarabağ Regional Mədəniyyət İdarəsi Füzuli Tarix-diyarşünaslıq Muzeyində 2 fevral-Gənclər Günü ilə bağlı Füzuli rayon mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilib.

Öncəliklə Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi ehtiramla bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı bu günün təsis edilməsində, eləcə də dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində misilsiz xidmətləri olmuş Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin Azərbaycan gəncliyini yüksək qiymətləndirərək onun inkişafına verdiyi töhfələrdən bəhs olunub.

Tədbir zamanı sərgiyə baxış keçirilib, sonda mövzu barəsində hazırlanmış videoçarx izlənilib.